Bazardakı bank kartlarının müqayisəsi göstərir ki, “Unibank” kartları yüksək keşbek qazandıran kart məhsulları sırasındadır. Təkcə ötən il ərzində bankın müştəriləri “Unibank” kartları ilə etdikləri alış-veriş zamanı ümumilikdə  4,5 milyon manat keşbek qazanıblar. 2022-ci il ərzində keşbek qazanan müştəri sayı 66% artıb.

Nəticələrin təhlili göstərir ki, “Unibank” müştərilərinin 80%-ə yaxını marketlərdə ödəniş edir. “Unibank” kartları marketlərdə “Apple Pay” və “Google Pay” ödənişlərində 5% keşbek qazandırır.  30 yaşadək gənc müştərilərin “Unibank” kartını ən çox istifadə etdiyi istiqamət isə kafe-restoranlardır. “Unibank” kartı kafe-restoranlarda da 5% keşbek qazandırır. “Unibank” müştərisinin keşbek qazanması üçün istiqamət seçməsinə ehtiyac qalmır. Çünki “Unibank” kartı ilə marketlər, kafe-restoranlar və yanacaqdoldurma məntəqələrində ödəniş zamanı kart sahibi yüksək keşbek qazanmaq imkanı əldə edir.

Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərində “Ucard” ilə alış- veriş edərkən və xidmətlərdən istifadə zamanı xərclənən vəsaitdən keşbek qazana bilərsiniz.

“Ucard” sahiblərinə 5% keşbek qazandıran ticarət və xidmət kateqoriyaları:

-Dünyanın bütün marketlərində və onlayn marketlərdə - 5%;

-Dünyanın istənilən yanacaqdoldurma məntəqələrində - 5 %;

-Dünyanın istənilən kafe və restoranlarında onlayn sifarişlər də daxil olmaqla – 5%

Keşbek şərtləri və partnyorların siyahısı ilə daha ətraflı səhifəsindən məlumat almaq mümkündür. Partnyor və qeyri-partnyor siyahısında istənilən sektordan tərəfdaş tapmaq olar.

“Unibank” - Sənin Bankın!