Rusiya qoşunlarının son sutka ərzində Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində 7 nəfər yaralanıb.

İndex.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Sumı vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

Onun məlumatına görə, Rusiya zərbələri nəticəsində infrastruktur obyektləri, 6 fərdi ev və yardımçı tikili zərər görüb.