Ukrayna Silahlı Qüvvələri Rusiyanın Smolensk vilayətindəki "Doroqobuj" İstilik Elektrik Mərkəzinə zərbə endirib.
İndex.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.
Onun sözlərinə görə, "Doroqobuj" kimya kombinatı ammonyak, nitratlar, azot gübrələri istehsal edir. Bunlar partlayıcı maddələrin istehsalı üçün əsas komponentlərdir.
"İİstilik Elektrik Mərkəzinin enerji təchizatı olmadıqda onların istehsalı dayanır. Eyni zamanda, mərkəz Smolensk vilayətindəki müdafiə müəssisələrinin sabit enerji təchizatını təmin edir", - A.Kovalenko bildirib.
