Oktyabrın 17-nə keçən gecə Krımda bir sıra güclü partlayışlar baş verib.

İndex.az bu barədə “Krımskiy veter” Teleqram kanalına istinadən xəbər verir.

Qeyd edilib ki, pilotsuz uçuş aparatlarının hücumu nəticəsində neft bazasında partlayış və yanğın baş verib.

Əlavə olaraq, sursat anbarına da zərbə endirildiyi ehtimal olunur. Bundan başqa, Simferopolda azı dörd güclü partlayış səsi eşidilib.

Hücumun konkret hansı obyektlərə yönəldiyi hələlik məlum deyil.