Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 hərbi təyyarəsinin qara qutusunun təhlili bu həftə tamamlanacaq.
İndex.az xəbər verir ki, bunu hökumət dairələrinə yaxın jurnalist Abdülkadir Selvi bildirib.
"Qara qutuda qeydə alınan 180 parametr araşdırma üçün təhlil edilir. Təhlilin həftənin sonuna qədər tamamlanması gözlənilir", - o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.
