Bakı şəhəri və Bakıətrafı ərazilərdə tramvay şəbəkəsinə dair planlar açıqlanıb.
İndex.az xəbər verir ki, ilk növbədə Mehdiabad-28 May xətti tikiləcək. Bu xətt Mehdiabad qəsəbəsini Binəqədi ilə birləşdirəcək sonra isə Binəqədi şosesi və Azadlıq prospekti vasitəsilə birbaşa Mərkəzə gedəcək. Avtomobillər uçun daha az küçə sahəsi qalacaq, amma bu küçələr nəticədə daha çox adama xidmət edə biləcək.
Əsas xətt hər iki istiqamətdə inkişaf edəcək, bir tərəfdən Pirşağı və “Sea Breeze” istiqamətində, digər tərəfdən isə Bayıl və Həzi Aslanov istiqamətində olacaq.
Eyni zamanda, yeni tikilən avtomobil yolu boyunca Mehdiabad- 8 Noyabr tramvay xətti də olacaq.
