ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı heç bir fəaliyyət variantını, o cümlədən quru əməliyyatını istisna etmədiyini açıqlayıb.

İndex.az xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalistin "hazırkı mərhələdə quru qoşunlarının istifadəsini istisna etməyə hazırsınızmı?" sualına Tramp belə cavab verib:

"Mən heç nəyi istisna etmirəm, sadəcə Venesuela məsələsini həll etməliyik".