Ukraynada Prezident seçkilərini keçirmək vaxtı gəlib.

İndex.az xəbər verir ki, ABŞ-nin Prezidenti Donald Tramp bunu "Politico"ya verdiyi müsahibədə deyib.

"İşlər çox da yaxşı getmir. Bəli, düşünürəm ki, vaxtıdır. Seçkiləri keçirməyin əsl vaxtıdır. Onlar seçkiləri keçirməmək üçün müharibəni istifadə edirlər, ancaq düşünürəm ki Ukrayna xalqının seçim haqqı olmalıdır. Ola bilsin Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski – red.) qalib gəlsin. Ukraynada çoxdandır seçkilər keçirilmir. Bilirsiniz, onlar demokratiyadan danışır, amma müəyyən bir məqamda bu artıq demokratiya deyil", - D.Tramp bəyan edib.