ABŞ prezidenti Donald Tramp bildirib ki, Hindistan Rusiyadan neft almağı faktiki olaraq dayandırıb.

İndex.az xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

O bildirib ki, Hindistanın baş naziri Narendra Modi ilə ticarət danışıqları "əla" gedir.

"Hindistan şirkətləri əsasən Rusiyadan neft almağı dayandırıb. O (Narendra Modi - Qeyd) mənim dostumdur və mənim ora getməyimi istəyir", - deyən Tramp Hindistana səfər edəcəyinə söz verib.

Bunun 2026-cı ildə baş verib-verməyəcəyini soruşduqda o, "Ola bilər" cavabını verib.