Vaşinqton neftin qiymətlərini çox tez endirməkdə maraqlı deyil, çünki bu, Amerika istehsalçılarına zərər verə bilər.

İndex.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatının Maunt-Pokono şəhərində çıxışında deyib.

"Biz heç vaxt olmadığı qədər daha çox yanacaq hasil edirik. Bu baş verdikdə qiymətlər aşağı düşür, buna görə neftin bir barelinin qiyməti çox yaxşı azalır", - o deyib.

Tramp qeyd edib ki, Vaşinqton bununla yanaşı neftin qiymətinin bu qədər sürətli azalmasını istəmir, çünki istehsalçıların hasilatı davam etməsində maraqlıdır.