ABŞ-ın “Tesla” şirkətinin Direktorlar Şurası İlon Maskın 1 trilyon dollar qazana biləcəyi planını təqdim edib.

İndex.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazır.

Nəşr bildirir ki, əvəzində şirkət milyarderdən müəyyən biznes göstəricilərinə nail olmağı tələb edir,

Plan sentyabrın 5-də təqdim edilib. O, növbəti 10 il üçün nəzərdə tutulub və Maskın maaş və bonuslar almayacağını, bunun əvəzinə ona səhmlər veriləcəyini nəzərdə tutur.

Bu səhmlər biznesmənə əgər onun rəhbərliyi altında şirkət mənfəət artımına nail olarsa, “Tesla”nın bazar dəyərini artırarsa və bir milyon elektromobil sata biləcəyi halda veriləcək.

Direktorlar Şurasında qeyd ediblər ki, Maskın stimullaşdırma tədbirləri investorların tələblərinə uyğundur. “Tesla” inkişaf etməsə, biznesmən heç nə əldə etməyəcək.

İlon Maskın şirkətinin dəyərini 1 trilyon dollardan 8,5 trilyon dollara qədər artırması nəzərdə tutulur. Onun maksimum mükafatı 423 milyon səhm ola bilər ki, bu da şirkətdəki payını 16%-dən 25%-ə qədər artıracaq. Qarşıya qoyulmuş hədəflərə çatdıqda, biznesmən 2 trilyon dollar sərvətlə dünyanın ilk trilyoneri ola bilər.