Azərbaycan Qiymətləndiricilər Palatasına yeni təyinat olub.
İndex.az xəbər verir ki, Palatada İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb.
Bu şöbəyə rəhbər vəzifəsi tanınmış jurnalist Azər Niftiyevə həvalə edilib.
Bu barədə jurnalist öz sosial şəbəkə hesabında məlumat yayıb.
