“Tamstore” Marketlər Şəbəkəsindən alış veriş edən müştəri “Hyundai Elantra” markalı avtomobil qazanıb.

Belə ki, “Predo” uşaq bezlərinin 29 oktyabr 2024 – 31 Yanvar 2025 tarixləri aralığında “PREDO hədiyyələr qazandırır” 1 tirajlı stimullaşdırıcı lotereya kampaniyası çərçivəsində Xırdalan şəhər sakini Ülkər Şirinova “Tamstore” Marketər Şəbəkəsinin Xırdalan filialından “Predo” markalı uşaq bezi alıb və lotereyaya qoşulub.

“Xəzər” TV-nin canlı efirində keçirilən çəkiliş zamanı avtomobil qazanan Ülkər Şirinovaya avtomobil “Təsir dairəsi” verilişində təqdim edilib.