Ötən il on illər ərzində müşahidə edilməyən qlobal inflyasiya ilə qarşılaşdıq.

İndex.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, 2022-ci il maliyyə bazarlarında çətin il kimi yadda qalıb. Hətta 2021-ci ildə qlobal maliyyə bazarları analitikləri 2022-ci ildə inflyasiyanın davam edəcəyini gözləmirdilər.

T. Kazımov qeyd edib ki, qlobal inflyasiyanın yüksək olması Azərbaycanda da ötən il inflyasiyanın yüksək olmasını şərtləndirib.