Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 526,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satılan benzin və dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.
Bu ilin 7 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,7 milyard manatlıq, o cümlədən 15 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
