Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında müvəqqəti fasilə olacaq.

İndex.az xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 2-də Sumqayıt şəhəri, Sarıqaya bağları ərazisində 550 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.