Sabah yanvar ayının 18-də saat 15:00-da "Facebook" sosial şəbəkəsi üzərindən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.
Bu barədə index.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.
