Rusiya silahlı qüvvələri Sumı şəhərinə gecə saatlarında zərbə endirib.

İndex.az xəbər verir ki, nəticədə 15 nəfər xəsarət alıb.

Xəsarət alanlardan dördü uşaqdır.

Atəş nəticəsində yanacaqdoldurma məntəqəsinin binası, dəmiryolu vağzalı, oksigen stansiyası, lokomotiv, yataqxana, 4 avtomobil və 3 çoxmənzilli yaşayış binası zədələnib.