Rusiyanın Xarkov və Sumı vilayətlərinə (Ukrayna) hücumları nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
İndex.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov və onun Sumıdan olan həmkarı Oleq Qriqoryev məlumat verib.
O.Sinequbovun sözlərinə görə, Xarkov vilayətinin yeddi yaşayış məntəqəsi atəşə tutulub, nəticədə üç nəfər yaralanıb. O qeyd edib ki, Rusiya qüvvələri "Geran-2" və "Molniya" tipli pilotsuz uçuş aparatları, bir "FPV" dron və digər silah növlərindən istifadə edib.
O.Qriqoryevin məlumatına görə isə Sumi vilayətində son sutka ərzində atəş nəticəsində bir nəfər ölüb və üç nəfər yaralanıb. 11 yaşayış məntəqəsinə təxminən 20 atəş qeydə alınıb.
