Rusiya Avropanın xaricdəki Rusiya aktivlərini ələ keçirmək cəhdlərinə cavab olaraq yeni özəlləşdirmə mexanizmi çərçivəsində xaricə məxsus aktivləri milliləşdirə və sürətlə sata bilər.

İndex.az xəbər verir ki, prezident Vladimir Putin çərşənbə axşamı xüsusi prosedur çərçivəsində dövlət aktivlərinin sürətlə satışına icazə verən fərman imzalayıb.

"Bloomberg"ə danışan mənbə, fərmanın həm Rusiya, həm də xarici şirkətlərin satışını sürətləndirmək məqsədi daşıdığını bildirib və əlavə edib ki, Avropa İttifaqı Rusiya aktivlərini müsadirə etməyə başlayarsa, Moskva simmetrik tədbirlərlə cavab verə bilər.