Məşhur futbolçu Kriştiano Ronaldo futbolçu karyerası haqda danışarkən ailəsinin ona təqaüdə çıxması lazım olduğunu dediyini deyib. Lakin o, belə düşünmədiyini bildirib.

İndex.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası tərəfindən mükafata layiq görülən 40 yaşlı futbolçu təqaüdə çıxmaq məsələsi barədə danışıb.


"Mən hələ də həvəsliyəm. Ailəm deyir ki, daha bəsdir, artıq 900-dən çox qol vurmusan, niyə onu 1000-ə çatdırmaq istəyirsən? Amma mən hələ də yaxşı şeylər istehsal etdiyimi düşünürəm, nəyə görə oynamağa davam etməməliyəm ki?! Bu andan zövq almaq istəyirəm, amma çox az vaxtım var",- Ronaldo deyib.