Məşhur müğənni Rihanna lüks moda nəhəngi "Louis Vuitton"un ana şirkəti olan LVMH ilə birlikdə təqdim etdiyi "Fenty" brendi ilə böyük maliyyə itkisi yaşadı.

İndex.az xəbər verir ki, açıqlanan maliyyə hesabatlarına görə, ulduzun təşəbbüsü 36 milyon dollar zərərlə nəticələnib.

Moda dünyasındakı bu uğursuz təşəbbüs Rihannanın karyerasında əhəmiyyətli bir xəyal qırıqlığı hesab olunur.

Qeyd edək ki, Rihanna 2019-cu ildə "Fenty"ni yaratmaq üçün LVMH ilə güclərini birləşdirmişdi. Brend əvvəlcə lüks moda dünyasında əhəmiyyətli gözləntilər yaratdı. Ancaq pandemiya "Fenty"nin planlarını pozdu. Səyahət qadağaları səbəbindən Rihanna Parisdəki atelyeləri ziyarət edə bilmədi və İtaliya moda evləri ilə birbaşa əməkdaşlıq edə bilmədi və bu, brendin fəaliyyətinə ciddi şəkildə zərər verdi