Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Tejas" qırıcısı "Dubai Airshow 2025"də uçuş proqramı zamanı qəzaya uğrayıb.

İndex.az bu barədə ANI agentliyinə istinadən xəbər verir.

Hindistan Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, hadisənin təfərrüatları dəqiqləşdirilir. Qəzaya uğrayan Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Tejas" qırıcısının pilotu isə həlak olub.