İngiltərədə yaşayan Burcu Yeşilyurt qəhvəsinin son damlasını küçəyə tökdüyü üçün 150 funt sterlinq cərimələnib.
İndex.az xəbər verir ki, Burcu Yeşilyurt yerə maye tökülməsinin qadağan olduğunu bilmədiyini deyib.
"Mən şokdayam. Avtobusumun gəldiyini gördüm və fincanımda çox az qəhvə qalmışdı. Onu yerə tökdüm, həqiqətən cüzi bir miqdar idi. Məmurlar mənə qəhvəni yaxınlıqdakı zibil qutusuna tökməli olduğumu söylədilər. Bu cərimə çox ədalətsizdir. Hesab edirəm ki, bu, qeyri-mütənasib və həddindən artıqdır", - Burcu Yeşilyurt deyib.
