Qazaxıstanlı məktəblilər pulsuz yeməklə təmin olunacaqlar.
İndex.az Qazaxıstanın Bizmedia.kz saytına istinadən yazır ki, Qazaxıstan Təhsil Nazirliyinin yeni rəhbəri Qani Beysembayev ibtidai sinif şagirdləri üçün pulsuz yemək veriləcəyini elan edib.
Qurum rəsmisi bildirib ki, həmçinin uşaqların qida ilə təmin edilməsinə dair mövcud normaların yenidən nəzərdən keçirilməsi, bütün azyaşlı şagirdlərin pulsuz isti yeməklə təmin edilməsi, həmçinin yeməkxanalarda nağdsız uçot sisteminin tətbiqi nəzərdə tutulur.
Nazir həmçinin ölkənin kiçik şəhər və kəndlərində şagirdlər üçün təhsil mühitinin yaxşılaşdırılmasına söz verib. Belə ki, məktəb infrastrukturunun, müasir avadanlıqların və təhlükəsiz təlim şəraitinin dəyişdirilməsi nəzərdə tutulur.
