Ölkə ərazisində istifadə olunan smart-kart tipli qaz sayğaclarının tarif limitinin yenilənməsi avtomatik olaraq 2022-ci il dekabrın 31-dən 2023-cü il yanvarın 1-nə keçən gecə baş tutacaq.
İndex.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində deyib.
Şöbə rəisinin sözlərinə görə, hazırda Azərbaycanda smart-kart tipli qaz sayğaclarından istifadə edən abonentlərin sayı 1 milyona yaxındır: “Qalan 1,4 milyona yaxın abonentimizin, mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq”.
O əlavə edib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən, mexaniki sayğaclarda limitlərin yenilənməsi yanvar ayının 10-na qədər təmin olunmalıdır: “Amma qarşımıza qoyduğumuz əsas hədəflərdən biri odur ki, limitlərin yenilənməsi prosesi yanvar ayının 6-na qədər icra olunsun”.
- Vəliyev qoyulan məqsədin yerinə yetirilməsinə mane ola biləcək amillər olaraq bayram günləri ilə əlaqədar abonentlərin evdə olmaması, səfərlərdə olması və digər subyektiv səbəbləri sadalayıb.
