"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a (İngiltərə) böyük hesabla uduzub.

İndex.az xəbər verir ki, "Enfild" stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.

Məğlubiyyətə baxmayaraq, "köhlən atlar" əsas mərhələdə topladığı 10 xal sayəsində 22-ci pilləni tutaraq, pley-offa yüksəlməyi bacarıb.

01:49

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda altıncı qol vurulub.

İndex.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 6:0.

90+1-ci dəqiqədə Federiko Kyeza adını tabloya yazdırıb.