Fransanın PSJ klubu FIFA Qitələrarası Kubokun sahibi olub.
İndex.az xəbər verir ki, Paris təmsilçisi Qətərdə baş tutan həlledici görüşdə Braziliyanın "Flamenqo" kollektivini üstələyib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyulub.
Burada daha dəqiq oynayan (2:1) Luis Enrikenin baş məşqçisi olduğu kollektiv Qitələrarası Kuboka sahib çıxıb.
Qeyd edək ki, PSJ tarixində ilk dəfə bu titulu qazanıb.
