İran prezidenti Məsud Pezeşkiyanın rəhbərlik etdiyi nümayəndə heyəti Təbrizə gedərkən yolda qalıb.
Index.az xəbər verir ki, prezidentin administrasiyasının rəsmisi Mustafa Mövləvinin sözlərinə görə, Tehrandan Təbriz istiqamətində hərəkət edən avtomobil karvanı yolda yanacaqdoldurma məntəqəsinə (YDM) daxil olub. YDM-də rəsmi avtomobillərə verilən yanacaq sulu olub və səbəbdən avtomobillərdə nasazlıq əmələ gəlib. Bundan sonra Pezeşkiyan və onu müşayiət edən rəsmilər yoluna taksi ilə davam edib.
Araşdırmalaran sonra məlum olub ki, sözügedən YDM yanacağa su qatırmış və müvafiq qurumlara sürücülərdən bu tipi şikayət daxil olurmuş.
Mənbə: ILNA
