Almaniyanın tanınmış avtomobil istehsalçısı “Porsche AG” şirkətinin bu ilin birinci rübündə avtomobil tədarükləri illik ifadədə 8% azalaraq 71,47 min ədədə düşüb.

İndex.az xarici mətbuata istinadən xəbər verib ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Almaniyada tədarüklər 34% (7495-ə qədər), Avropada 10% (18 017-yə qədər), Çində isə 42% (9471-ə qədər) azalıb.

Eyni zamanda, Şimali Amerikada tədarüklər 37% artaraq 20 698 avtomobil təşkil edib.

Elektrikli avtomobillər ümumi tədarüklərin 38,5%-ni təşkil edib. O cümlədən 25,9%-i tam elektrikli modellər, 12,6%-i isə qoşula bilən hibridlər olub.

Ən çox satılan avtomobil modeli “Macan” olub, onun tədarükləri yanvar-mart aylarında 14% artaraq 23 555 ədədə çatıb. “Cayenne” modelinin tədarükləri isə 28% azalaraq 20 055-ə düşüb.