Polşa Balıqçılıq Akademiyası Rıbnik bəndində tutulan 2 metr 92 santimetr uzunluğunda nəhəng pişik balığı ilə yeni dünya rekordu müəyyənləşdirib.
İndex.az xəbər verir ki, komanda üzvü Krzysztof Pyra balığı sudan çıxartmaq üçün 1,5 saat mübarizə apardıqlarını bildirib.
Əvvəlki rekord İtaliyada 2023-cü ildə 2 metr 85 santimetr olub.
Balıq daha sonra aid olduğu suya geri qaytarılıb.
