Türkiyənin Konya şəhərində ictimai asayişin yoxlanılması zamanı bir şəxsin cibindən piton balası tapılıb.

İndex.az xəbər verir ki, xəbərdarlıq üzərinə Təbiəti Qoruma və Milli Parklar qrupları ilanı təhvil alıb. Qadağan olunmuş vəhşi heyvanı saxladığı müəyyən edilən şəxs isə cərimələnib.

Açıqlamada piton balasının sağlamlığının yoxlanılması üçün Karatay Zooparkının baytar həkimlərinə təhvil verildiyi də bildirilib.