Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Ukrayna nizamlanması üzrə təmaslarla bağlı hələ razılığa gəlməyib.

İndex.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bununla belə, o bildirib ki, lazım gələrsə, iki lider arasında telefon danışığı operativ şəkildə təşkil edilə bilər.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Şarm əş-Şeyxdən Vaşinqtona gedərkən jurnalistlərə Ərdoğanın Ukrayna böhranının nizamlanmasına kömək edə biləcəyini deyib.