Rusiya Prezidenti Vladimir Putin noyabrda Cənubi Afrikada keçiriləcək "İyirmilər qrupu" sammitində iştirak etməyəcək.

İndex.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

"Putin şəxsən iştirak etməyəcək, lakin dediyimiz kimi, Rusiya layiqincə təmsil olunacaq və təmsilçinin kim olacağı barədə vaxtı çatanda məlumat verəcəyik", - o qeyd edib.