İrana mümkün zərbə regionda ciddi qeyri-sabitlik demək olardı.

İndex.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İrana mümkün hərbi hücumu regionda qeyri-sabitliyə doğru daha bir addım olacaq.

Kremlin sözçüsü Moskvanın İran məsələsində bütün maraqlı tərəfləri təmkinli olmağa çağırdığını söyləyib.