Ermənistan artıq bu gün Türkiyədən yük maşınlarının Marqara və Kornidzor vasitəsilə Azərbaycana və əks istiqamətdə tranzitini təmin etməyə hazır olduğunu bəyan edib.

İndex.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu ilə tranzitini təmin etməyə hazır olduğunu bəyan edib.