Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək.

İndex.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.

Diplomat bildirib ki, səfərin başlanması tarixi hələ dəqiqləşməyib:

"Pakistan nümayəndə heyətinə hörmətli Baş nazir rəhbərlik edəcək. Səfər Azərbaycan Prezident İlham Əliyevin dəvəti ilə 8 noyabrda Bakıda keçiriləcək Zəfər paradında iştirak məqsədi daşıyır".