2022-ci ildə Gürcüstan Azərbaycana 308 milyon ABŞ dolları dəyərində 30 452 ədəd avtomobil ixrac edib.
Bu barədə İndex.az Gürcüstan Milli Statistika İdarəsinə istinadənən xəbər verir.
Məlumata görə, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 8 490 ədəd və ya 21,8% azalıb.
Dəyəri isə 60 milyon dollar və ya 24,1% artıb.
Ötən il Gürcüstanın avtomobil ixracı illik müqayisədə 98% artaraq 903,8 milyon dollara çatıb. Bu, ölkənin ümumi ixracının 16,2%-ni təşkil edib.
