2022-ci il ərzində Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 166,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, satılan əczaçılıq məhsulları və tibbi ləvazimatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% çoxdur.

Ötən il alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Qeyd edək ki, 2022-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3%, qeyri-ərzaq malları üzrə 4% artıb.