2022-ci il ərzində Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 768,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, satılan benzin və dizel yanacağın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% çoxdur.
Ötən il alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,3%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Qeyd edək ki, 2022-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3%, qeyri-ərzaq malları üzrə 4% artıb.
