2022-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1 330 mənzil alıblar.
İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 187 mənzil və ya 12,3 % azdır.
Belə ki, təkcə dekabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 139 mənzil alıb ki, bu da 2021-ci ilin göstəriciləri ilə müqayisədə 53 mənzil və ya 27,6 % azdır.
2022-ci il ərzində Türkiyədə xarici vətəndaşlara 68 210, ötən ay isə 6 469 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 15,06 % çox və 18,42 % azdır.
2022-ci ildə Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən il 16 312 mənzil satılıb. İkinci yerdə İran vətəndaşları qərarlaşıb. Olanlar ötən il Türkiyədə 8 223 mənzil alıb. İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb ki, bu ölkənin vətəndaşları da Türkiyədə 6 241 mənzilə sahib olublar.
