2025-ci ildə əsas kapitala 21 milyard 226,1 milyon manat məbləğində, yaxud 2024-cü illə müqayisədə 5,6% az investisiya yönəldilib.

İndex.az Dövlət Statitika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3%, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9% azalıb.

İstifadə olunmuş investisiyanın 10 milyard 972,1 milyon manatı və ya 51,7%-i məhsul  istehsalı  sahələrinə, 7 milyard 179,6 milyon  manatı (33,8%-i) xidmət sahələrinə, 3 milyard 074,4 milyon manatı (14,5%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 17 milyard 23 milyon manatını və ya 80,2%-ini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 16 milyard 18,3 milyon manatı və ya 75,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.