Nikola Sarkozinin "La Sante" həbsxanasının VİP bölməsində digər ümumi həbsxana məhbuslarından ayrı hücrədə yerləşən 18 9 kvadratmetrlik kameradan birində öz otağı olacaq.
İndex.az xəbər verir ki, dörd ayrı ittihamla mühakimə olunduğu "Liviya hadisələrində" cinayət təşkilatı yaratmaq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilən keçmiş Fransa prezidenti Nikola Sarkozi bu gün həbsxanaya girir.
Sarkozi cəzasını 18-ci əsrdən bəri Fransanın ən bədnam məhbuslarının saxlandığı Parisdəki "La Sante" həbsxanasında çəkəcək.
Beləliklə, Sarkozi Aİ ölkələrinin həbsdə olan ilk keçmiş prezidenti və müharibədən sonrakı dövrdə həbs edilən ilk Fransa lideri oldu.
