Ağ Evin indiki başçısı Donald Tramp ABŞ tarixində bütün prezidentlər arasında İsrailin ən böyük dostudur.
İndex.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə Trampın da iştirak etdiyi xüsusi iclasda çıxışı zamanı bildirib.
"Heç bir ABŞ Prezidenti İsrail üçün Trampdan daha çox iş görməyib", - B.Netanyahu bütün israilli girovların qaytarılmasına görə ABŞ liderinə təşəkkür edib.
B.Netanyahu bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp sülhə sadiqliyini nümayiş etdirir. O qeyd edib ki, birgə səylərlə iki ölkə Yaxın Şərq regionuna sülh gətirə bilər.
"Biz bunu əvvəllər də etmişik. Biz bunu artıq İbrahim sazişlərində etmişik və yenə də edəcəyik", - Baş nazir vurğulayıb.
