Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-noyabr aylarında 80 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1% az sənaye məhsulu istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 2,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 5% artıb.

Sənaye məhsulunun 76,1%-i mədənçıxarma sektorunda, 20,1 %-i emal sektorunda, 3,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5% azalıb, əmtəəlik qaz hasilatı isə 8 % artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 73,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 64,3 %, maşın və avadanlıqların istehsalı 46,9%, geyim istehsalı 39%, elektrik avadanlıqlarının istehsalı 37,1%, mebel istehsalı 33,4%, poliqrafiya məhsullarının istehsalı 23,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 19,6%, kağız və karton istehsalı 17,4%, tikinti materiallarının istehsalı 14,5%, hazır metal məmulatlarının istehsalı 13%, qida məhsullarının istehsalı 8%, əczaçılıq məhsullarının istehsalı 7,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 6%, kimya sənayesi məhsullarının istehsalı 2,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1% artıb, kompüter, elektron və optik məhsulların istehsalı 1,2%, içkilərin istehsalı 4,7%, tütün məmulatlarının istehsalı 4,9%, neft məhsullarının istehsalı 5,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 23,3%, toxuculuq sənayesi məhsullarının istehsalı 28,8% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7% artıb.