Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 1 milyard 245 milyon 309 min 600 manat təşkil edib.
İndex.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 % çoxdur.
Ticarət şəbəkəsində 641 milyon 334 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 603 milyon 975 min 200 manatlıq qeyri-qida məhsulları satılıb.
Eyni zamanda, bu ilin yanvar-noyabr aylarında muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 182 milyon 330 min 600 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % çoxdur.
