Ötən il Bakıda 227 milyon sərnişinin metrodan istifadəsi nəticəsində 430 min ton CO₂ emissiyasının qarşısı alınıb.

İndex.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, bu, bir il ərzində 20 milyon ağacın udduğu CO₂ miqdarı və ya bir ildə şəhərdə 100 min avtomobilin yaratdığı CO₂ emissiyasına bərabərdir.