“Bakı Metropoliteni” Novruz bayramı ilə əlaqədar mart ayının 18 və 19-da “İçərişəhər” stansiyasında sərnişinlər üçün ənənəvi şənliklərini təşkil edəcək.
İndex.az “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, zəngin şou-proqrama bayramın əsas qəhrəmanları - Bahar qızı, keçəl və kosa ilə yanaşı, sirk ustaları da dəvət edilib.
Əsas şou zamanı nəhəng oyuncaqlarla əyləncələr, azyaşlı sərnişinlər üçün bol hədiyyələr, uşaqlar üçün kitabların təqdimatı da bayram proqramına daxil edilib. Bundan əlavə, iki gün ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq. Mart ayının 19-22-də “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar nümayiş etdiriləcək.
