Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.
