Macarıstan hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını vurmaq niyyətindədir.
İndex.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Döyüş saatı" podkastında bildirib.
Aparıcının pilotsuz təyyarələrin Rusiya mənşəli olması ilə bağlı sualını cavablandıran Orban Macarıstanın qorxmadığını və onları vuracağını vurğulayıb.
Bundan başqa, siyasətçi Avropa İttifaqının Rusiyadan hər cəhətdən üstün olduğuna inandığını bildirib.
"Avropa hər cəhətdən güclüdür, Rusiya isə hərbi, iqtisadi və say baxımından daha zəifdir. Bizə zərər verə bilməzlər. Biz güclü bir cəmiyyət kimi hərəkət etməliyik".
